
Bərdədə ağır yol qəzası baş verib.
Hadisə rayonun Əmirli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil qarşıdan gələn “Hyundai”la toqquşub. İlkin məlumata əsasən, qəza nəticəsində 2 nəfər ölüb. Onların şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
(APA)

























