
Ələt qəsəbəsində batan 20 yaşlı gəncin meyiti tapılıb. Bu barədə mərhumun yaxınları məlumat verib.
Belə ki, iyul ayının 1-də Ələt qəsəbəsinin Pirsaat adlanan ərazisində qəsəbə sakini, 1998-ci il təvəllüdlü Rəhimov Nadir İlqar oğlu dənizdə çimən zaman köməksiz vəziyyətdə qalaraq boğulub. Gecə saatlarında N.Rəhimovun meyiti dənizdən tapılıb.
N.Rəhimov balıqçı olub. Mərhumun meyiti bu gün torpağa tapşırılıb.

























