
Bakıda 5 gün əvvəl vurulan piyada xəstəxanada dünyasını dəyişib.
Nyus.Az "Report"a istinadən bildirir ki, ölüm hadisəsi gecə saatlarında 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib.
Xəstəxananın reanimasiya şöbəsində yatan 1957-ci il təvəllüdlü Əliyev Şahbaba Əlibaba oğlunun vəziyyəti ağırlaşıb. O, həkimlərin səyinə baxmayaraq ölüb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Hadisə iyunun 18-də DSK yolunda baş verib. Ş.Əliyev yolu keçərkən onu "KİA Optima" markalı avtomobil vurub.
Nyus.Az

























