
Ötən gün axşam saatlarında paytaxt ərazisində velosiped "Toyota Camry" markalı avtomobil ilə toqquşub.
Nyus.Az "Report"a istinadən bildirir ki, qəza Azərbaycan Dövlət Akademik Dram Teatrı yaxınlığında qeydə alınıb.
Qəza nəticəsində velosipedçi, 1994-cü il təvəllüdlü Bakı şəhər sakini Fərzəliyev Elvin Elxan oğlu yaralanıb. Yaralı dərhal Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
E.Fərzəliyevin verdiyi məlumata görə, o, hadisədən sonra huşunu itirib. Bu səbəbdən velosipedi də oğurlanıb. E.Fərzəliyevin dediyinə görə, polis artıq ona aid olması ehtimal edilən velosipedi tapıb.
Faktla bağlı araşdırma aparılır.
Nyus.Az

























