Yaponiyada vulkan püskürməsi nəticəsində 15 nəfər xəsarət alıb
Yaponiyanın Qumma prefekturasında Sirane vulkanının püskürməsi nəticəsində 15 nəfər xəsarət alıb.
Bu barədə NHK telekanalı xəbər verib. Vulkanın püskürməsi həmçinin qar uçqununa səbəb olub. Uçqun zamanı 9 nəfər xəsarət alıb, bir nəfər qarın altında qalıb.
Sirane vulkanı məşhur Kusatsu kurortu yaxınlığında yerləşir. Nyus.Az