
Nyus.Az "Report"a istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində, Şuşa şəhərciyində baş verib.
1983-cü il təvəllüdlü Hüseynov Zöhrab Şamil oğlu küçədə tanımadığı şəxslə əlbəyaxa dava edib. O, naməlum şəxsin bıçaqla hücumuna məruz qalıb. Nəticədə Z.Hüseynov kürək nahiyəsindən iki bıçaq xəsarəti alıb.
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.
Nyus.Az

























