
Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
Buzovna qəsəbəsinin Albalı yaşayış massivində ad-soyadı hələlik bilinməyən 40-45 yaşlı kişini "Mercedes" markalı avtomobil vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

























