• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
19-01-2018, 08:51

“Dağ uçsa bu 30 ailədən heç kim salamat çıxmayacaq” - Bayıldan VİDEO

“Dağ uçsa bu 30 ailədən heç kim salamat çıxmayacaq” - Bayıldan VİDEO
Teleqüllənin yaxınlığında qorxunc mənzərə
Bakının Səbail rayonu, Bayıl qəsəbəsi, Bakı Televiziya Qülləsinin yaxınlığında davam etməkdə olan torpaq sürüşməsi onlarla evi qəzalı vəziyyətə salıb. Sürüşmə nəticəsində ərazidə eni 1, dərinliyi 5-7 metrə çatan çatlar əmələ gəlib. Ən təhlükəli vəziyyət isə qəsəbənin Cənub dərə küçəsindədir. Sakinlərin virtualaz.org-a bildirdiklərinə görə, dağın yamacında yerləşən evlərdə bir il əvvəldən yaranan kiçik çatlar iri yarğanlara çevrilib. Xüsusən son 2-3 ayda sürüşmə intensivləşdiyindən hər an evlərinin dağılma təhlükəsi ilə üz-üzə qalıblar.

Çatları torpaqla doldururlar...

Cənub dərə küçəsi dağın zirvəsinə doğru sonuncu küçədir. Bakını ovuc içi kimi göstərən gözəl mənzərəsi olmasa, təmiz havası və yaşıllığı ilə dağ kəndini xatırladır. Elə yolları da ucqar dağ kəndlərinin yolları kimi keçilməzdir. Yolun sonundan o tərəfə isə həmin iri yarğanlar və sürüşmə zonası başlayır. Bir neçə sakinin bələdçiliyi ilə dağın zirvəsinə çətinliklə qalxa bildik. Torpaq ayağımızın altından ovulur, hər tərəfdə iri çatlar vahiməli mənzərə yaradırdı.

Qəsəbə sakinləri isə son aylar ərzində bura gündə azı 2-3 dəfə qalxdıqlarını deyirlər. Onların sözlərinə görə, hər gün ərazidəki çatlar BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən torpaqla doldurulur. Buna özümüz də şahid olduq. Fəhlələr dağın yamacını qazaraq torpağı çatlara tökürdülər. Bir xeyli belə çat örtülsə də, əvəzində yeni çatlar əmələ gəlir, sürüşmə genişləndikcə, köhnə çatlar da böyüyür. Onlardan niyə çatları yumşaq torpaqla doldurduqlarını soruşduqda isə, "bizə belə göstəriş veriblər” cavabından başqa heç nə öyrənə bilmədik.

Sürüşmə sürətlə gedir

Sakinlər deyirlər ki, Bayılın torpağı yumşaq olduğundan sürüşmə də sürətlə gedir. Onların sözlərinə görə, burada sürüşməni intensivləşdirən həm də Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən əraziyə axıdılan sulardır. Qəsəbə sakini Zahid Aslanov deyir ki, dağda təxminən bir il əvvəl zeytun və digər ağaclar əkilib. Hər gün onları suvarmaq üçün axıdılan su torpağı yuyub və sürüşməyə səbəb olub: "Dünənə qədər burada rezin su boruları var idi. Onları dünən təcili yığışdırdılar. Amma bəzi yerlərdə hələ də hissələri qalır. Düzdür Bayıl sürüşmə zonasıdır, buranın torpağı yumşaqdır, amma bu vəziyyətə suvarma da təsir edib”, - deyə qəsəbə sakini Zahid Aslanov bildirir.

"Oğluma vəsiyyət eləmişəm ki, dağ uçsa...”

Təhlükəli zonada yaşayanların çoxu Cəbrayıl və Zəngilan rayonlarından olan məcburi köçkünlərdir. Sakinlər deyirlər ki, evləri qəzalı vəziyyətdə olduğundan onlara mənzillərini tərk etmək məsləhət görülüb. Lakin onların köçməyə başqa yerləri olmadığından qəzalı evlərində təhlükəli şəraitdə yaşamağa məcburdurlar.

"25-30 il əvvəl erməni girovluğundan qaçıb məcburi köçkün kimi bura sığınmışıq. Özümüzə daxma tikib başımızı salmışıq ki, küçədə qalmayaq. Kiminsə evinə girməmişik, məktəbi, xəstəxananı zəbt eləməmişik. Zülmlə, əziyyətlə ev tikmişik, indi də dağ uçur. Qorxudan gecəni yata bilmirik ki, birdən dağ uçar, qalarıq altında. 30 il əvvəl doğma el-obamızdan güllənin altında, qorxu, səksəkə içində necə çıxmışdıqsa, bu saat o vəziyyətdəyik. Oğluma vəsiyyət eləmişəm ki, dağ uçsa, meyitimi torpağın altından çıxarmayın...”, - deyə Qaragöz Xudiyeva bildirir.

Dağ uçsa burdan heç kim salamat çıxmayacaq

Əminə Bayramova adlı sakin isə deyir ki, əgər dağ uçsa, buradan heç kim salamat qurtula bilməyəcək: "4-5 aydır vəziyyətimiz çox çətindir. Pişik də çöldə taqqıltı eləyəndə diksinirik. Gecə səhərə kimi yata bilmirik ki, indi uçacaq, bu saat uçacaq Bura gələn yol dağın yamacından keçən yeganə yoldur. Dağ uçsa, bu yol yerlə yeksan olacaq. Lap biz sağ qalsaq belə bu yol tutulduğundan buradan qurtula bilməyəcəyik. Çünki uçqun yolu mütləq bağlayaca. Burada elə evlər var ki, pilləkənlər iki yerə parçalanıb. Divarlara əl vuranda qopub tökülür. Biz heç olmasa, yaşamışıq, uşaqlarımıza, nəvələrimizə yazığımız gəlir. Onlara bir şey olmasın”, - deyə qəsəbə sakini ağlamsınır.

Sakinlərin sözlərinə görə, hazırda təxminən 30-a yaxın ev təhlükə altındadır. Lakin sürüşmə irəliləsə, bütün qəsəbə məhv ola bilər. Sürüşmə zonasında olan evlərin əksəriyyətində kanalizasiya sistemi olsa da, yolun yuxarı hissəsində yerləşən evlərin çoxunda kanalizasiyanın elə torpağı altına axıdıldığını öyrəndik.

"Deyirlər kimdən icazə alıb ev tikmisən?”

Sürüşmədən ən çox zərər çəkən ev İlham Aslanova məxsusdur. Azyaşlı uşaqları və valideynləri ilə bir yerdə yaşayan qəsəbə sakini deyir ki, nə getməyə yeri, nə də başqa ev almağa imkanı var. "Ən birinci dağılan ev mənim evimdir. Evin qəzalı vəziyyətə düşməsi haqda FHN, bütün aidiyyati qurumlar rəy veriblər. 9 müvafiq orqana yazmışam, hamının xəbəri var, amma heç kim kömək etmir. Deyirlər bu evdən çıxmalısınız. Mən bu evdən hara gedim? Valideynlərimlə bir yerdə yaşayıram, ən yaxşı halda onları bacımgilə göndərə bilərəm. Külfətimi kimin qapısına aparım?”, - deyə zərərçəkmiş bildirir.

Zahid Aslanovun da evi qəzalı vəziyyətdədir. Qəsəbə sakinin sözlərinə görə hər gün otaqlarda yeni çatlar yaranır. Darvazanın qarşısındakı pilləkən isə hər gün bir az yerindən oynayır. Elə sürüşmənin ölçüsünü də bu pilləkənə baxaraq təxmin edirlər.

"Bir il əvvəl dağ boyu su axırdı. Mən Yaşıllaşdırma Təsərrüfatı Birliyinə gedib şikayət elədim. Lakin onlar dedilər ki, bu su sizin ev üçün təhlükə törədə bilməz. Kömək əvəzinə mənə dedilər ki, sənə kim icazə verib burada ev tikmisən? Mən gedib daşı 1 qəpikdən almaq üçün karyerdə yatırdım. Zülmlə, əziyyətlə daxma tikmişəm. İndi küçələrdə qalmalıyam? Evimi bir dəfə təxminən bir il əvvəl torpaq sürüşüb dağıdıb. Bu ikinci dəfədir, birtəhər yamayıb düzəltmişdim. Bakı Şəhər İcra Hakimiyyətinə, Səbail Rayon İcra Hakimiyyətinə, Zəngilan Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə - bütün idarələrə müraciət etmişəm. Deyirlər tədbir görəcəyik, amma nə vaxt? Mən evdən çıxmıram, çünki getməyə yerim yoxdur. Qoy ev uçsun, nə olur-olsun. Hər şeydən bezmişəm”, - deyə İlham Aslanov bildirir.

Sürüşməyə səbəb "Qanlı göl”dür?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov çökmənin, sürüşmənin əsas səbəbini "Qanlı göl”lə əlaqələndirir. Onun sözlərinə görə, torpağın su ilə qidalanmasının "Qanlı göl"dən qaynaqlandığını sübut etmək üçün ərazidə quyu qazılıb və həmin quyuda 60 metrdən sonra su çıxmağa başlayıb. "Qanlı göl”ə su gəlir, amma çıxış yoxdur. Su gəldikcə torpaq doyur və ondan sonra çökmə baş verir. Geoloq hesab edir ki, əslində belə ərazilərdə də tikinti aparılmasına icazə yoxdur.

Xatırladaq ki, bu ərazidə daha əvvəl də çoxsaylı çökmə və sürüşmələr baş verib. 2000-ci ildə Bayıl qəsəbəsində 37 metr çökmə baş verib və Neftçilər prospektində təxminən 200 metr məsafədə asfalt qalxıb. Dərinlikdəki horra şəklində olan məhlul ora yığılıb, amma həmin məhlul dənizə axa bilmədiyi üçün asfalt hündür qalıb.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az