
Gəncədə avtomobil piyadanı vurub.
Hadisə şəhərin Nizami küçəsində baş verib. Hərəkətdə olan avtomobil piyada, 1957-ci il təvəllüdlü İbrahivova Kifayət Qurban qızını vurub. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

























