
Paytaxtın Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Nyus.Az “Report”-a istinadən xəbər verir ki, J.Əliyev küçəsində yolu keçmək istəyən 1976-ci təvəllüdlü İsmayılova Vəsilə Akif qızını minik avtomobili vurub.
Nəticədə qadın xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Sürücü Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən inzibati məsuliyyətə cəlb olunub.
Nyus.Az

























