• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
21-05-2018, 09:15

Özünü MTN işçisi kimi təqdim edən şəxs polisi şantaj edərkən həbs olundu - Təfərrüat

Özünü MTN işçisi kimi təqdim edən şəxs polisi şantaj edərkən həbs olundu - Təfərrüat

Bakıda bir neçə vətəndaşa qarşı işə düzəltmək adı ilə dələduzluq etməkdə və narkotik vasitə saxlamaqda ittiham edilən şəxsin məhkəməsi keçirlib.

Musavat.com xəbər verir ki, təqsirləndirilən 1983-cü il təvəllüdlü Bayramov Yusif Yunis oğlunun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Yusif Bayramov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 234-cü (narkotik vasitə əldə etmə) maddələri ilə ittiham edilərək həbs edilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Yusif Bayramovun cinayət əməlləri üzrə ilginc təfərrüatlar üzə çıxıb.

Əvvəlcə onu qeyd edək ki, Y.Bayramov ittiham üzrə özünü qismən təqsirli bildiyini deyir. Belə ki, Bayramov bir neçə nəfərə qarşı dələduzluqda özünü təqsirli bilsə də, narkotik ittihamı ilə qəti olaraq razılaşmır. Bayramov heç siqaret çəkmədiyini deyir və narkotiki nə istifadə, nə də satış məqsədi ilə əldə etdiyini bildirir. Y.Bayramovun cinayət işində zərərçəkmiş kimi tanınanlardan biri Sevdimalı Novruzovdur. Novruzov tanışı vasitəsi ilə tanıdığı Yusif Bayramova oğlunu işə düzəltməsi üçün pul verib. Amma iş düzəlməyib, üstəlik pulu da “batıb”.

“8 min manat vermişəm. Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edirdi. Bir maşınla gəlmişdi. Həmin maşının MTN-ə məxsus olduğunu deyirdi. Məndə həmin maşının fotosu və nömrəsi var. Biz görüşmüşük, çörək yemişik. Pulu da öz əlimlə vermişəm. İndi biz daxmada qalırıq. Daxmada yaşayırıq. Gəlib yaşadığımız evi görsəniz, düşünərsiz ki, bu edilən hərəkət bizə rəvadırmı? Oğlumu Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəkdi. Deyirdi ki, hər yerdə tanışları var. Daha sonra yoxa çıxdı. Nə qədər zəng edirdim, gündə bir rayonda olduğunu, iş adamı olduğunu söyləyib məni yola verirdi. Sonra telefonuna zəng çatmadı",- deyə zərərçəkmiş şəxs söyləyib.

Zərərçəkmiş qeyd edib ki, Yusif Bayramovdan görüş zamanı MTN vəsiqəsini də tələb edib: “Bizə gələndə vəsiqəsini istədik. Tanımadığımız adam idi. Dedi ki, vəsiqəsini ancaq nazirə göstərə bilər. Sonra öz şəxsiyyət vəsiqəsini göstərdi. Dedi ki, onu da bizə verə bilməz, çünki lazım olur. Elə həmin gün oğlum Yusifin gəldiyi maşının fotosunu çəkdi. Maşınında "miqalka" da var idi. Həmin şəkili də istintaq orqanına verdim. Sonra araşdırma zamanı məlum oldu ki, maşın lizinqlə alınıb, 3 aylıq icarəyə götürülüb. Maşının nömrəsi də 99 AE 283 idi".

Sevdimalı Novruzov bildirib ki, Yusif Bayramovu tanışı Mehdi Əsgərov vasitəsi ilə tanıyıb: "Mənimlə qiyməti Mehdi danışdı. 15 min istədi, amma mən dedim ki, bütün əmlakımı satsam, 15 min düzəlməz. Sonra 8 minə razılaşdıq".

Məhkəmədə Mehdi Əsgərov da dindirilib. O, deyib ki, təqsirləndirilən Yusif Bayramovu işlədiyi restorandan müştəri kimi tanıyıb. Mehdi Əsgərov "Bakı Balıq Evi"ndə aşbaz işlədiyini söyləyib: "Bizimlə işləyən Aynurə var idi. O, Yusifi tanıyırdı. Zərərçəkmiş Sevdimalı da bizim qohum idi. Oğlunu işə düzəltmək istəyirdi. Mən də maraqlandım ki, bunu kim edə bilər. İşdə söhbət düşəndə Aynurə belə bir adamın olduğunu dedi. Sonra Yusiflə görüşdük. O, həll edə biləcəyini dedi. Sonra belə alındı."

Məhkəmədə şahid qismində Aynurə Abbasova da ifadə verib. O, söyləyib ki, Yusif Bayramovu imkanlı və vəzifəli şəxs kimi tanıyıb: "Mən onlara belə bir adamın olduğunu dedim. Sonra özləri görüşüb danışdılar. Pulu da özləri verib. Sonra mənə zəng edib Yusifin zənglərə cavab vermədiyini dedilər. Mən də dedim ki, pulu verəndə heç olmasa mənə xəbər edəydiniz. İndi mən nə edə bilərəm. Sonra mən də Yusifə zəng elədim. Dedi ki, həll edəcək".

Məhkəmədə bu cinayət işi üzrə daha bir maraqlı məqam üzə çıxıb. Həmin maraqlı məqam Yusif Bayramovun həbs edilməsi ilə bağlı olan epizoddur.

Belə ki, Yusif Bayramov Şəkiyə gedərkən onu yol polisi saxlayıb. Maşının üzərində həbs olduğu üçün polis əməkdaşı avtomobilin cərimə meydançasına aparılmasını tələb edib. Tərəflər arasındakı danışıqdan sonra maşın cərimə meydançasına aparılmayıb. Yusif Bayramov və polis əməkdaşı Şəkidə otellərdən birinin həyətində görüşməyi planlaşdırıblar.

Y.Bayramov deyir ki, həmin vaxt polis əməkdaşına rüşvət verərək bunu telefonla çəkməyi planlaşdırıb. Belə də olub.

Y.Bayramov polis əməkdaşına 30 manat rüşvət verərkən bunu telefonun yaddaşına köçürüb. Y.Bayramov həmin görüntülərlə polisi şantaj edərək bu dəfə özü ondan pul tələb edib. Polis əməkdaşı da bununla razılaşıb. Növbəti görüşdə Y.Bayramov polisdən pul alarkən özü həbs edilib. O, polis əməkdaşından hədə-qorxu ilə pul tələb etmədə ittiam edilib.

Məhkəmənin suallarını cavablandıran Y.Bayramov daha bir neçə belə əməl törətdiyini etiraf edib.



İlkin Muradov

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az