
Qəbələ rayonunun Laza kəndində yolun qarlı-buzlu olması səbəbindən “Toyota” markalı minik avtomobilinin dərəyə sürüşmə təhlükəsi yaranıb. Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, sürücü və sərnişinin soyuq hava şəraitində köməksiz vəziyyətdə qalması ilə əlaqədar FHN-nin şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə сəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobilin təhlükəsiz əraziyə çıxarılması təmin edilib.
Nyus.Az

























