
Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Nyus.Az

























