
Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Nyus.Az APA-ya istinadən bildirir ki, qəza Ramana qəsəbəsində qeydə alınıb. Südçülük Sovxozu adlanan ərazidə yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçən 1986-cı il təvəllüdlü Hümbətova Sevinc Azad qızını avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Nyus.Az

























