
Bakıda iki nəfər dəm qazından zəhərlənib.
Nyus.Az "Report"a istinadən bildirir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsi Bolluq küçəsində yaşayan 2002-ci il təvəllüdlü Salahov Kamal Camal oğlu və "Südçülük" adlanan ərazidə məskunlaşmış 1990-cı il təvəllüdlü Sayadova Aygün Bayram qızı dəm qazından zəhərləniblər.
Zərəçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Nyus.Az

























