
Abşeron rayonunun Xırdalan şəhərində yol-nəqliyyatı hadisəsi baş verib.
Nyus.Az APA-ya istinadən bildirir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
"Nissan" markalı avtomobilin sürücüsü yüksək sürətlə nəqliyyat vasitəsini yol kənarında dayanan "Chevrolet", "Toyota" və "Mazda" markalı maşınlara çırpıb.
Qəza nəticəsində "Nissan" markalı avtomobilin sürücüsü xəsarət alıb. Qəzaya səbəb olan avtomobil isə deformasiyaya uğrayıb.
Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməldaşları cəlb edilib.
Nyus.Az

























