
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Nyus.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şamil Əzizbəyov küçəsində baş verib.
1983-cü il təvəllüdlü Zülfüqarov Emin Rauf oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Nyus.Az

























