
Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Nyus.Az APA-ya istinadən bildirir ki, qəza Əhmədli qəsəbəsində baş verib.
1975-ci il təvəllüdlü Nəsirov Namiq Balabəy oğlu yolu keçərkən onu minik avtomobili vurub. Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırıb. Piyada xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Nyus.Az

























