
Ağdaş rayonunda minik avtomobili traktorla toqquşub.
Nyus.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsi ərazisində baş verib.
Belə ki, minik avtomobili traktorun qoşqusunun altına girib. Nəticədə bir nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb.
Yaralılar Ağdaş Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

























