
Paytaxtın Xətai rayonunda döyülmə hadisəsi baş verib.
Nyus.Az APA-ya istinadən bildirir ki, hadisə 62 nömrəli marşrut xəttinin sonuncu dayanacağında yerləşən kafedə baş verib.
1993-cü il təvəllüdlü Poladlı Nurulla Mübariz oğlu üç nəfər tərəfindən döyülüb. Nəticədə onun döş qəfəsinin sümükləri sınıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Nyus.Az

























