
Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
1992-ci il təvəllüdlü şəhər sakini Hüseynova Elnarə Çingiz qızı yaşadığı 10-cu mikrorayon ərazisində yolu keçmək istətəyərkən naməlum avtomobil tərəfindən vurulub.
O, müxtəlif dərəcəli xəsarətlərlə Sumqayıt şəhər TTYX-ya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

























