
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Ford Tranzit”lə digər avtomobil toqquşub.
Qəza zamanı 2 nəfər - 1968-ci il təvəllüdlü Səriyə Musayeva və 1977-ci il təvəllüdlü Elşən Cəfərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır
Nyus.Az

























