
Bakının Sabunçu rayon sakini evdə iş görərkən onu elektrik cərəyanı vuraraq öldürüb.
Nyus.Az APA-ya istinadən bildirir ki, hadisə Ramana qəsəbəsində baş verib.
24 yaşlı Mahir Məmmədov yaşadığı binanın mansardasında yüksək gərginlikli elektrik cərəyanına toxunub. Nəticədə M.Məmmədov hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
Nyus.Az

























