
Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Nyus.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1954-cü il təvəllüdlü Faiq Qasımovu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Fakla bağlı araşdırma aparılır.
Nyus.Az

























