
Fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Əsədov vəfat edib.
Nyus.Az Trend-ə istinadən bildirir ki, Yusif Əsədov uzun illər AMEA-nın Fizika İnstitutunda çalışıb, Quruluş və quruluş çevrilmələri laboratoriyasının rəhbəri olub.
O, eyni zamanda "Fizika" jurnalının redaksiya heyətinin, Beynəlxalq Kristalloqrafiya cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü idi.
Allah rəhmət eləsin!
Nyus.Az

























