
Sabunçu rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
Yanacaqdoldurma məntəqəsinin qarşısında yolun digər tərəfinə keçmək istəyən 1982-ci il təvəllüdlü Cavadov Seymur Bəylər oğlunu "Mercedes" markalı avtomobil vurub. Yaralı hadisəni törədən sürücünün köməkliyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü məsuliyyətə cəlb edib.

























