
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Mahmudavar kəndində bir nəfərin özünü su quyusuna atması barədə məlumat daxil olub.
Nyus.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1968-ci il təvəllüdlü Qüdrətov İnqilab Eynəli oğlunun meyiti dərinliyi təqribən 13 metr olan quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Nyus.Az

























