
İmişlidə 36 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
Nyus.Az APA-ya istinadən bildirir ki, hadisə Aranlı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1985-ci il təvəllüdlü Zeynalov Elşad Təvəkkül oğlu su kanalında elektrik enerjisindən istifadə etməklə balıq tutarkən elektrikvurmadan hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Nyus.Az

























