
Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Nyus.Az APA-ya istinadən bildirir ki, hadisə 8-ci kilometr qəsəbəsində baş verib.
Yolu keçən 1990-cı il təvəllüdlü Ceyhun Allahverdi oğlunu kiçiktutumlu yük maşını vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Nyus.Az

























