
Gədəbəy sakini bıçaqlanıb.
Nyus.Az APA-ya istinadən bildirir ki, hadisə Gərgər kəndində qeydə alınıb.
1980-ci il təvəllüdlü Rəsulov İlqar Nürəddin oğlu ayağının bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Nyus.Az

























