
Paytaxtın Nəsimi və Səbail rayonlarının kəsişməsində ağac yola aşıb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, ağacın aşması nəticəsində yol tamamilə bağlanıb.
Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, hazırda paytaxtda güclü külək müşahidə olunur.
Nyus.Az

























