
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Nyus.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Şah İsmayl Xətai prospekti ilə Heydər Əliyev Prospektinin kəsişməsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 21014" markalı minik maşını ilə "Mercedes-Vito "toqquşub.
Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Nyus.Az

























