
Bakıda bıçaqlanma hadisəsi qeydə alınıb.
Nyus.Az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.
Belə ki, Qala qəsəbəsində 1979-cu il təvəllüdlü Hüseynov Azər Şahəddin oğlunu naməlum şəxs bıçaqlayıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Nyus.Az

























