
Salyanda azyaşlının vurulması ilə nəticələnən yol hadisəsi baş verib.
Nyus.Az APA-ya istinadən bildirir ki, hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb.
"UAZ" markalı avtomobil kənd sakini, 2012-ci il təvəllüdlü Hümbətov Fuad İsmayıl oğlunu vurub. 9 yaşlı uşaq ağır kəllə-beyin travması ilə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Nyus.Az

























