
Lənkəranda rabitə xətlərini oğurlayan keçmiş məhkum saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan dia.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən 1 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə N.Məmmədovun ayrı-ayrı vaxtlarda Lənkəran şəhəri ərazisindəki rabitə qovşaqlarından birindən ümumi dəyəri 1200 manat olan mis kabelləri qıraraq oğurladığı müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır
Nyus.Az

























