
Paytaxtın Nəsimi rayonunda 4 avtomobil toqquşub.
Nyus.Az APA-ya istinadən xəbər verir ki, hadisə Cavadxan küçəsində baş verib.
Qəzaya uğrayan "Hyundai" markalı avtomobilin sürücüsü Məzahir Əliyevin verdiyi məlumata görə, "Opel" markalı nəqliyyat vasitəsi işıqforun qırmızı işığından keçib. "Opel" işıqforun yaşıl işığından keçən "Kia", "Hyundai" və eyni markalı nəqliyyat vasitələrinə çırpılıb. Hadisə yerinə polislər cəlb olunub.
Nyus.Az

























