
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Nyus.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Südçülük sovxozu ərazisində 1987-ci il təvəllüdlü Qasımova Sevda Rasim qızını və qucağında olan 1 yaşlı Yusifov Fərid Vəhab oğlunu "BMW" markalı nəqliyyat vasitəsi vurub. Hadisə nəticəsində körpə ölüb. Ağır xəsarət alan S.Qasımova isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Nyus.Az

























