
Bakının Xətai rayonunda yol qəzası baş verib.
Nyus.Az APA-ya istinadən xəbər verir ki, hadisə “Sərhədçi” İdman Kompleksinin qarşısında qeydə alınıb.
Belə ki, 81 nömrəli marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus yolu keçən 1954-cü il təvəllüdlü Elxanova Reyman Şəmməd qızını vurub. Piyada sol qol və qabırğa sümüklərinin sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Nyus.Az

























