
Qazax şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında iki maşının toqquşması nəticəsində qeydə alınıb.
Avtoqəza nəticəsində yaralananlardan biri 1982-ci il təvəllüdlü Qazax şəhər sakini Məmmədova Səbinədir. Digər yaralıların şəxsiyyəti hələ ki, məlum deyil.
Hər üç yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

























