
Gəncədə yerli sakin bıçaqlanıb. Hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.
Belə ki, qəsəbə sakini, 24 yaşlı Əkbərov Muzamil İlham oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir.
Qarın nahiyəsindən bıçaqlanan şəxsin hansı şəraitdə və kim tərəfindən xəsarət aldığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

























