
Goranboyda 37 yaşlı qadın öldürülüb.
Nyus.Az APA-ya istinadən xəbər verir ki, hadisə Goran Dəmiryolu stansiyasının yaxınlığında baş verib.
1983-cü il təvəllüdlü Kəlbəcər rayon sakini Gülbuta İmanova sinəsindən aldığı güllə yarasından keçinib.
İlkin məlumata görə, hadisə ailənin keçmiş yaxın dostlarından biri tərəfindən törədilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.
Nyus.Az

























