
Səbail rayonu, Xaqani küçəsində yerləşən mənzillərdən birindən oğurluq edilib.
“ARB TV”dən virtualaz.org-a verilən xəbərə görə, şikayətçi qadın Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə məlumat verərək bildirib ki, evə elektrik adı ilə daxil olan bir nəfər onun başının qarışmasında istifadə edərək 4000 manatını oğurlayaraq hadisə yerindən qaçıb.
Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı sakini Rasim Məmmədov saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman evdən oğurladığı pulların bir qismi aşkar olunaraq götürülüb.
Rasim Məmmədov (saxlanılan şəxs): “Dedim ki, elektrikəm, kabellər dəyişilməlidir. Xanım çay süzəndə gördüm ki, yeşik var. Yeşiyi açdım ki, pul var. Dedim ki, siqaret çəkməyə gedirəm, pulu götürüb getdim”.
Faktla bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

























