
Bu gün səhər saatlarında Bakı metrosunun “Nəriman Nərimanov” stansiyasında problem yaranıb. Nyus.Az “Trend”ə istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliten” QSC-nin mətbuat xidmətinin katibi Nəsimi Paşayev məlumat verib: “Nəriman Nərimanov” stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verir. Nasazlığı aradan qaldırmağa çalışırıq. Yaranmış narahatlığa görə üzr istəyirik”.

























