
Beyləqanda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Nyus.Az-a verilən məlumata görə, Beyləqan rayonunda "Ford" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

























