Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində piyadanı maşın vurub. Nyus.Az "Report"a istinadən bildirir ki, hadisə Şuşa şəhərciyində 1977-ci il təvəllüdlü Abdullayev Zahid İsmayıl oğlu yolu keçmək istəyən zaman baş verib.
Yaralı xəsarət alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.