
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Nyus.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Yol keçmək istəyən 1976-cı il təvəllüdlü Əliyev Tahir Səfər oğlunu "VAZ 2107" markalı minik maşını vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nyus.Az

























