Ayasofyada çılpaq şəkil çəkdirən Belçikalı model həbs edilə bilər.
Nyus.Az metbuat.az-a istinadla xəbər verir ki, Ayasofyada və Kapadokyada açıq -saçıq hətta çılpaq vəziyyətdə fotolar çəkdirən Belçkalı model Marisa Papen haqqında yeni bir xəbər var.
Qüds və Misirdəki müqəddəs torpaqlarda verdiyi pozlardan ötəri həbs olunan və sonra pul cəzasıyla sərbəst qalan Belçikalı manken Marisa Papen, Türkiyədə çəkdirdiyi iddialı şəkillərinə görə həbs oluna bilər.
O, 2018-ci ildə Türkiyəyə gələrək, Ayasofyada məscidə girib, çarşabını qaldıraraq şəkil çədirib. Daha sonra və Kapadokyada da Türk bayrağının üzərinə uzanaq fotosessiya etdirib.
Bundan sonra Papen haqqında bəzi vətəndaşlar prokurorluğa şikayət ediblər. İstanbul Baş Prokurorluğu tərəfindən Marisa Papenə qarşı "dövlətin suverenlik əlamətlərini aşağılamaq" cinayətləri ilə əlaqədar istintaq başladılıb. Prokurorluq Papenin ifadəsi üçün tutuqlanma qərarı verib.
Nyus.Az