• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
8-02-2020, 16:17

Seda Sayan: səfil uşaqlıq, 8 evlilik, “pullu” münasibətlər, dərzi sevgili və Mahsun Kırmızıgül - FOTOlar

Seda Sayan: səfil uşaqlıq, 8 evlilik, “pullu” münasibətlər, dərzi sevgili və Mahsun Kırmızıgül - FOTOlar

Nyus.Az ölkə.az-a istinadən Seda Sayanla bağlı yazını təqdim edir:

Kazinodan başlanğıc

Rəsmi mənbələrdə Seda Sayanın doğum tarixi 30 dekabr 1961-ci il göstərilsə də, onun yaşını ən azı iki il "azaltdığı" deyilir. Bunun səbəbləri barədə, necə deyərlər, az sonra...

Əsl adı Aysel Gürsaçer olan sənətçinin musiqi aləminə gəlişi ötən əsrin 80-ci illərinin əvvəlinə təsadüf edir. Toy müğənnisi kimi fəaliyyətə başlayan Seda tədricən "b" kateqoriyalı kazinolarda çalışır. İlk iş yeri isə sevgilisi, təşkilatçı Turgut Akyüzün "Stardust" klubu olur.

Tədricən tanınmağa başlayan sənətçinin bundan sonra silsilə evlilikləri başlayır.

Evlilikləri

1987-ci ilin mayında futboçu Rıdvan Kılıçla ailə quran Sedanın bu evliliyi cəmi altı ay davam edir. Üç il ərzində bir neçə sevgili "dəyişən" müğənni 1990-cı ildə bir zamanlar "Beşiktaş" futbol klubunun meneceri olmuş Sinan Enginlə evlənir. Enginlə nikahdan Oğulcan adlı oğlu dünyaya gəlir. Maraqlıdır ki, kişiləri əlcək kimi dəyişən müğənninin Sinan Enginlə evliyliyi altı il davam edir. 1998-ci ildə sənətçi üçüncü dəfə nikah masasına oturur. Bu dəfə o, Soner Yapcacıkla ailə qurur. Soner Yapcacıkla Seda Sayanın evliliyi isə cəmi bir il sürür.

Mahsun Kırmızıgül "dövrü"

Üçüncü ərindən ayrılan Seda bu dəfə başqa "yol" seçir. Sənətçi evlənməyəcəyini bildirir və sevgi macəraları yaşamağa başlayır. Sənətçinin sevgililəri içərisində həmkarı Mahsun Kırmızıgül də olur. Daha doğrusu, cütlük kəbin kəsdirərək, bir yerdə yaşayır. Hətta iddialara görə, Kırmızıgül Sedanı çox sevirmiş və ona sənətindən ayrılıb rəsmən evlənmək təklifi də edibmiş. Ancaq Seda "şakəri"nə sadiq qalaraq onu da tərk edir.

2000-ci ilə qədər subay qalan müğənni, Tuncak Kiratlı adlı şəxslə ailə qurur və cəmi bir il sonra bu macəra da başa çatır. Sənətçi 2001-2004-cü illərdə yenə sevgi macəralarını davam etdirir və 2004-cü ildə növbəti dəfə ərə gedir.

Hakan Şükürün qardaşıyla gizli evlilik

Onun növbəti ərinin adı Gökhan Şükür idi. Bu arada qeyd edək ki, Gökhan məşhur futbolçu Hakan Şükürün qardaşıdır. Cütlüyün tanışlığı isə "Ergenekon" olaylarında təqsirkar bilinərək 7.5 il həbs cəzası alan Sedat Paker sayəsində baş tutur. Ailəsinin bu nikaha qarşı çıxmasına rəğmən, Gökhan Sedayla gizlicə evlənir və onlar 13 aydan sonra - 2005-ci ildə yenə də gizlicə boşanır.

Ən çox danışılan münasibət

Amma müğənnini ən çox gündəmdə qalan sevgi macərası özündən 16 yaş kiçik Nihat Doğanla olur. Elə məhz bu macəranın sayəsində Türkiyə mediası Nihat Doğanı "izləməyə" başlayır və belə demək mümkünsə, gənc sənətçinin bugünkü populyarlığının bir səbəbi də Seda Sayan olur.

Nihat doğandan sonra 23 yaş fərqiylə nikah

O zaman mətbuat Seda Sayanın Nihat Doğandan hamilə olduğunu da yazırdı. Sonradan isə məlum oldu ki, müğənni səhhətindəki problemlərə görə övladını itirib.

Nihat Doğandan ayrılan Seda 2008-ci il fevralın 1-də özündən 23 yaş kiçik həmkarı Onur Şanla nikah masasına oturur. Əslində bu evliliyi gənc müğənninin tanınmaq həvəsi, Sedanın isə növbəti macərası kimi də qiymətləndirmək olar. Çünki cəmi iki il sonra bu evlilik də başa çatır...

Əzablı uşaqlıq illəri və xatirələr

Seda Sayanın uşaqlıq illəri isə indi yaşadığı dəbdəbəli həyatdan qat-qat çətin və sözün əsl mənasında ağrı-acılı olub. Sənətçi keçmişiylə bağlı xatirələrində çox ağır günlər yaşadığını, atasının və qardaşının alkoqol, hətta narkotik düşkünü olduğunu danmır:

"Eyüpdə 11 ailənin yaşadığı, ayaqyolusu belə ortaq olan gecəqonduların birində doğulub böyümüşəm. Birinci sinfə gedərkən atam önlük və çanta pulunu birtəhər düzəltmişdi. Çünki tənbəldi, alkoqol düşkünü idi. Hər dəfə içəndə bir iş çıxarır, anama hücum edirdi, bizi döyürdü. Yaşadığımızın tək adı müdhiş yoxsulluq idi. Elə gecələr olurdu ki, yeməyə yavan çörək tapmırdıq. Elə vaxtlar olurdu, anam deyirdi ki, yatın, baqqala çörək gələndə sizi oyadacam. Amma atamın içki pulu həmişə tapılırdı. O qədər dalaşqan idi ki, evdəkiləri döydüyü azmış kimi, kirayə qaldığımız ev sahibləri pullarını istəyəndə onlara da hücum edirdi. Başqalarının ağ-qara fotolarına baxıb köks ötürürdüm. Çünki şəkil çəkdirməyə də pul tapmırdıq. Heç çörək almağa pulumuz olurdu ki?! ..."

Uşaqlıq illərini xatırlayan Seda hesab edir ki, ailənin çətin durumunun əsas baiskarı məhz atası idi. Sənətçi unuda bilmədiyi bir hadisədən danışır:

"Yaşadığımız bir hadisənin acısı hələ də ürəyimdədir. Balaca qardaşım Sedat digər qardaşım Şahini vurdu. Çünki Şahin tam bir psixopat idi. Narkotik istifadə etmək, davakarlıq, güzəştə getməmək onda da var idi. Şahinin bu vəziyyətə düşməyində əsas günahkar isə atamı sayıram. O, Şahini döyə-döyə üsyankarlaşdırdı. Evdə ən çox döyülən isə bacım Nursellə Şahin idi. Məni vuranda tez artistlik edirdim... İstərdim ki, həyatım insanlara ibrət olsun. İndi Şahinin qanı dəyişdirilib, tam sağlamdır. İnşallah, bir də narkotik istifadə etməz. Allah narkotik satıcılarının bəlasını versin".

Sən demə, illər öncə baş verən bir hadisədə gələcəyin ulduzu ölə də bilərmiş. Belə ki, o, bir dəfə ehtiyatsızlıqdan qonşunun paltar yumaq üçün qaynatdığı suya düşür. Ardını isə Seda Sayan özü danışır:

"Çox kiçik idim. Evin damında oynayırdım. Kimsə meymuna paltar geyindirib məhəllədə oynadırdı. Birdən camaat qışqırdı ki, meymunçu gəldi. Meymunu görmək üçün ildırım sürətiylə qaçdım və birdən qonşunun paltar yumaq üçün həyətdə qaladığı qazana çırpıldım. Rəsmən xaşlıq oldum. Həkim anama dedi ki, hazır olun, hər an ölə bilər. Amma bir müddət sonra türkəçarəylə yaxşılaşdım. Allah öldürməyəndə, öldürmür. Amma o yanıqlardan çəkdiyim iztirabı heç vaxt unuda bilmərəm".

Atasına görə evdən qaçır

Sənətçi musiqiyə, müğənniliyə həvəsinin yaranmasını isə belə xatırlayır:

"İbtidai sinif müəllimim Muazzez Karipçin idi. Bəzən "haydı Aysel, bir mahnı oxu" deyirdi. Bir gün anamı çağırıb, musiqiyə həddən artıq böyük marağımın olduğunu dedi. O vaxtlar konservatoriya bitirməyənlər müğənni sayılmırdı. Amma mənim elə təhsil almaq imkanım hardaydı? Heç unutmaram, müəllimim əlimdən tutub məni İstanbul radiosundakı səs yarışmasına gətirmişdi. Nə yazıq ki, müsabiqədən keçə bilməmişdim. O qədər ağlamışdım ki, gözlərimin ağı qan rəngində olmuşdu. Musiqiyə o qədər həvəsim vardı ki, hətta uğur qazanmaq üçün evdən də qaça bilərdim. Cəmi 15 yaşım vardı. Atam yenə "ənənəsinə" sadiq qalmışdı. Evdə hamını döymüşdü. Həmin gün Kadırqada kirayədə yaşadığımız evdən qaçdım. Gecəni Fındıkzadə adlanan yerdəki bir binanın zirzəmisində keçirdim. Küçədə yatdım. Yanımda Ümit adlı bir rəfiqəm də var idi. Ertəsi gün Şişlidəki ailəvi dostumuz Şükran bacının yanına getdim. O vaxta kimi ailəm polisə müraciət etmişdi. Bunu biləndən sonra özüm gedib polisə təslim oldum. Bu, o vaxta kimi həyatımdakı ən böyük risk idi. Evdən qaçmağıma səbəb atam idi. O, mənim mahnı oxumağıma da qarşı çıxmışdı".

Kazino sahibi olan sevgilisini öldürdülər

Sənətçinin həyatına nəzər salanda bir məqam da diqqətdən yayınmır. Belə ki, işlədiyi kazinonun sahibi Turqut Akyüzlə sevgili olur və bir müddət sonra Turqut öldürülür. Bundan sonra gənc ifaçı ağır günlər yaşamağa başlayır. Çünki həmin vaxt Seda həm kazinodakı işindən qazanır, həm də kazino sahibinin maddi dəstəyini hiss edirdi. Turqutun ölümündən sonra Seda "Gülizar" kazinosunda işə başlayır. Bu, həmin dönəm idi ki, artıq onu Seda kimi tanımağa başlayırdılar. Öz dediklərindən:
"Artıq az-çox tanınırdım. Əvvəlcə Seda Sayın, sonra Seda Sayan oldum. Filmlərə çəkilməyə başladım. Fahrettin Aslan məni kəşf etdi".

Pul üçün münasibətlər və macəralar

Sedanın yaşadıqlarına nəzər salanda məlum olur ki, əgər son illərdə yaşadığı sevgilər macəra naminədirsə, gəncliyindəki münasibətləri maddiyyat xatirinə olub. Müğənni uşaqlıq xatirələrini bölüşərkən pula və şöhrətə düşkünlüyünü gizlətmir:

"Eyüpdə, Kadırqada yaşayanda pul tapan kimi kinoya qaçırdıq. Türk filmlərinə heyranlıqla baxırdım. Oradakı sevgilərə, qızların bir anda pul və şöhrət qazanmağına baxıb məst olurdum. Mən də elə olmaq istəyirdim".

Sedanın ilk sevgisi isə dülgər olur:

"Məhəllədə bir dülgərə vurulmuşdum. O, mənim ilk sevgim idi. Amma özünün xəbəri yox idi. Onun diqqətini çəkmək üçün nələr etmirdim ki... Başıma corab keçirib yatır, səhəri gün isə gözlərimə "tuj" sürtürdüm. Amma ilk sevgidən bəxtim gətirmədi..."

Saxta təvəllüd

Bir neçə kəlmə də Sedanın yaşının "azaldılması" barədə. Özünün dediyinə və rəsmi sənədlərə istinadən məlum olur ki, Seda Sayan 1978-ci ilin avqustunda səhnəyə çıxa bilmək üçün məhkəmənin qərarıyla yaşı artırılaraq, 4 yanvar 1959-cu il göstərilib.

Türkiyə mətbuatının yazdığına görə, o, hazırda Qaziantepdən olan bir dərziylə sevgilidir. Sənətçi iki uşaq atası olan Erkan Çeliklə sosial şəbəkədə tanış olub.

Nyus.Az









Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az