• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
20-08-2018, 08:53

Bədii gimnastika üzrə "GymBala" beynəlxalq turnirinin sonuncu gününün mükafatçıları mükafatlandırılıb - FOTO

Bədii gimnastika üzrə "GymBala" beynəlxalq turnirinin sonuncu gününün mükafatçıları mükafatlandırılıb - FOTO

Avqustun 19-da Bakıda keçirilən bədii gimnastika üzrə "GymBala" beynəlxalq turnirinə yekun vurulub.

Nyus.Az Trend-ə istinadən bildirir ki, günün ilk yarışında Milli Gimnastika Arenasında 2008-ci il təvəllüdlü gimnastlar fərdi proqramda alətsiz və halqa ilə hərəkətlərdə mübarizəyə qoşulublar. İki hərəkətin cəminə görə Bakı Gimnastika Məktəbinin (BGM) yetirməsi Leyli İsmayılova 25,950 xal toplayaraq birinci olub. "Ocaq Sport" klubunun təmsilçisi Nərminə Bayramova 24,500 xalla ikinci yeri tutub. Ukraynalı Anastasiya Korotianskaya isə 23,850 xalla ilk üçlüyü qapayıb.

2007-ci il təvəllüdlü yeniyetmələrin çoxnövçülük üzrə halqa və topla yarışlarının ümumi nəticəsinə görə "Ocaq Sport" klubunun yetirmələri ilk üç pillədə qərarlaşıblar. Belə ki, Fatimə Məmmədzadə (24,950 xal) qızıl, Mədinə Dəmirova (23,550 xal) gümüş, Kamilla Seyidzadə (22,700 xal) bürünc medal qazanıblar.

Sonra 2006-cı il təvəllüdlü yeniyetmələr çoxnövçülük üzrə ip, top və gürzlərlə yarışlarda qalib adı uğrunda mübarizə aparıblar. Zəhra Paşayeva 41 xalla birinci, Alina Gözəlova 40,050 xalla ikinci, Kamilla Əliyeva isə 39,050 xalla üçüncü olub. Hər üç gimnast "Ocaq Sport" klubunu təmsil edir.

Gənclər (2003-2005-ci il təvəllüdlü) arasında yarışlarda isə halqa, top, gürzlər və lentlə hərəkətlərdə çoxnövçülük üzrə turnirin ən yaxşılarının adlarına aydınlıq gəlib. Bu yaş kateqoriyasında da "Ocaq Sport" klubunun təmsilçiləri rəqibləri üçün əlçatmaz olublar. Nərminə Səmədova (64,500 xal), Arzu Cəlilova (61,300 xal) və Məryəm Səfərova (60,750 xal) fəxri kürsünün ilk üç pilləsində yer alıblar.

Daha sonra komanda yarışlarına start verilib.

Bala gimnastların (2011-2013-cü il təvəllüdlü) alətsiz və topla mübarizəsinin ümumi nəticəsinə görə "Ocaq 8" komandası 19,900 xalla birinci, "Ocaq 10" kollektivi 18 xalla ikinci, "BGM 1" isə 17,950 xalla üçüncü olub. Gənclərin (2003-2005-ci il təvəllüdlü) yarışında isə Azərbaycan milli komandası lentlərlə hərəkətlərdə 15,450 xal toplayıb. Gürzlərlə hərəkətlərdə öz bacarığını nümayiş etdirən Misir yığmasının çıxışını hakimlər 12,150 xalla qiymətləndiriblər. Digər təmsilçimiz "Ayulduz 2" komandası lentlə hərəkətlərdə 5 xal qazana bilib.

Bütün yaş kateqoriyaları üzrə həm ayrı-ayrı alətlər, həm də çoxnövçülük yarışlarında qalib gələn gimnastlara diplom və mükafatlar təqdim olunub.

Bununla da bədii gimnastika üzrə "GymBala" beynəlxalq turnirinə yekun vurulub.

Nyus.Az













Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az