
Hazırda hazır libaslara olan maraq daha çox olsa da, özəl sifarişlə tikilən geyimlərə də maraq azalmayıb.
"Haute Couture" adlanan "Özəl tikiş" termini Çarlz Frederik Vörzlə həyatımıza daxil olub. 1900-cü illərdə Ledi Karzona libas hazırlayan dizayner Paris əsilzadələrinin və Avropanın diqqət mərkəzində olub. Bu hadisədən sonra Çarlz atelyesini açıb və özəl sifarişlər qəbul etməyə başlayıb.
Nyus.Az oxu.az-a istinadən bildirir ki, iyul ayında Parisdə "Haute Couture" Moda Həftəsi keçirilib.
Moda gecələrində özəl sifarişlə tikilən geyimlərin son mərhələsi gözlər önünə gəlib.
Podiumda yadplanetlilər varmış kimi aura yaranıb. Modellər qeyri-adi paltarlarda izləyənlərin qarşısına çıxıb.
Nyus.Az



































